Gəncədə bəzi küçələr işıqsız qalıb. Bu haqda Gencexeber.az-a 18 avqust tarixində məlumat daxil olub.
Söhbət Cavadbəy Rəfibəyli küçəsindən gedir. Sakinlərin sözlərinə görə, burada, ümumiyyətlə, küçə işıqlandırma sistemi mövcud deyil. Bu da avtomobillər və küçə ilə hərəkət edən piyadalar üçün təhlükə yaradır.