Gəncədə sakinlərə qaz təchizatı ilə bağlı xəbərdarlıq edilib. Bu haqda 21 avqust tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.
Azəriqaz İB-dən verilən məlumata əsasən, 23 avqust tarixində saat 09:00-dan etibarən şəhərdə bütün əhalinin qazla təmin olunması dayandırılacaq. Buna səbəb təmir işləridir. İşlər başa çatdıqdan sonra qazın verilişi bərpa olunacaq.