Gəncədə küçələrdən birində kommunal qəza baş verib. Bu haqda Gencexeber.az-a 23 iyun tarixində məlumat daxil olub.
Hadisə şəhərin Ruzigar Qasımov küçəsi, 2-ci döngədə qeydə alınıb. Sakinlərin sözlərinə görə, burada bir neçə gündür yeraltı su xətti partlayıb. Nəticədə torpağın altından içməli su qaynayıb çıxır və küçə boyunca axır.