Gəncədə küçələrdən birində işıqforlar işləmir. Bu haqda Gencexeber.az-a 14 iyun tarixində məlumat daxil olub.
Bu hal şəhərin Təbriz və Bayan küçələrində müşahidə olunur. Sakinlərin sözlərinə görə, ərazidə yerləşən hərəkət tənzimləyiciləri artıq bir həftəyə yaxındır fəaliyyət göstərmir.
Bildirilir ki, bəzi sürücülər ehtiyatsızlıq etdikləri üçün sözügedən kəsişmədə qəza şəraiti yaranır.