Gəncədə küçələrdən biri baxımsız haldadır. Bu haqda Gencexeber.az-a 12 sentyabr tarixində məlumat daxil olub.
Söhbət şəhərin Təbriz küçəsinin 5-ci döngəsindən gedir. Sakinlərin sözlərinə görə, ərazidən keçən arx tullantılarla çirkləndirilib. Bu səbəbdən pis qoxu və antisanitar vəziyyət yaranıb.
Həmçinin avtomobil yolu nahamardır və asfalt örtüyü salınmayıb.
“Küçə baxımsız haldadır. Hər yan zibillikdir. Yollarımız asfaltsızdır, maşınların altı dəyir, xarab olur. Axşam vaxtı küçə işıqlandırılmır. Oğul-uşaq çətinlik çəkir məktəbdən, hazırlıqdan qayıdanda. Bu məsələlərin həll olunmasını arzu edirik”, - deyə sakinlər bildiriblər.