Gəncədə küçələrdən birində piyada səkisi yenilənir. Bu haqda Gencexeber.az-a 9 iyun tarixində məlumat daxil olub.
Söhbət şəhərin Müseyib Bağırov küçəsindən gedir. Əraziyə canlı qüvvə və texnika cəlb olunub. Burada yol kənarlarına yeni beton bordürlər düzülür.
Növbəti mərhələdə yola asfalt örtüyünün çəkiləcəyi bildirilir.