Gəncədə küçələrin birində dirək yolda hərəkətə maneə törədir. Bu haqda Gencexeber.az-a 28 avqust tarixində məlumat daxil olub.
Söhbət şəhərin Sahil küçəsindən gedir. Burada yolun avtomobillər üçün nəzərdə tutulmuş hissəsi bərabərləşdirilib. Sakinlər bildirirlər ki, ərazidə asfaltlanma üçün hazırlıq işləri gedir. Lakin yolun tən ortasında işıq dirəyi yerləşir. Bu hal hərəkət iştirakçılarını narahat edir.
“Küçədə təmir işləri başlayıb. Yola asfalt örtüyü salınacağı bildirilir. Amma yolun ortasında işıq dirəyi qalıb. Dəfələrlə aidiyyəti quruma müraciət etmişik, lakin heç bir nəticə əldə olunmayıb. Asfalt örtüyü salınmadan məsələnin həll olunmasını arzu edirik”, - deyə sakinlər qeyd ediblər.