Gəncədə direktorlar üçün tədbir keçirilib. Bu haqda 7 mart tarixində Regional Təhsil İdarəsinə istinadən məlumat veririk.
Şəhərimizdə fəaliyyət göstərən bir qrup məktəbəqədər təhsil müəssisəsi rəhbərinin iştirakı ilə "Biz - bir komandayıq" adlı təlim-seminar təşkil olunub. Görüşdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin (GDRTİ) müdiri Anar Qədiməliyev, idarənin əməkdaşları və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
Məqsəd məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə regional təhsil idarəsi arasındakı əlaqələri gücləndirmək, müəssisələrarası əməkdaşlığı möhkəmləndirmək, gələcək hədəfləri müzakirə etmək olub. Anar Qədiməliyev məktəbəqədər təhsil müəssisələrində strateji planlamanın vacibliyi və mövcud vəziyyəti optimallaşdırmağın yollarını auditoriya ilə müzakirə edib.