Gəncədə bir sıra məhəllələrdə uşaq meydançaları qurulub. Bu haqda Gencexeber.az-a 10 mart tarixində məlumat daxil olub.
Bir müddət əvvəl şəhərin bir sıra mikrorayonlarında “Abad məhəllə” layihəsi çərçivəsində binaların həyətlərinin abadlaşdırılması barədə məlumat vermişdik. Burada yöndəmsiz tikililər sökülərək ərazidə səliqə-səhman yaradılıb, yeni bordürlər və səki daşları düzülüb, asfalt örtüyü çəkilib, yaşıllıq massivi salınıb.
Artıq bir neçə gündür ki, birinci mikrorayon və Gülüstan qəsəbəsi ərazisindəki binaların abadlaşdırılmış həyətlərinə uşaq meydançaları quraşdırılır. Burada uşaq sürüşkənləri və yelləncəklər qoyulur.
[modula id="34181"]