Gəncədə təmizlik işləri görülüb. Bu haqda 2 mart tarixində Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə istinadən məlumat veririk.
Aksiya şəhərin İsmət Qayıbov, Bağmanlar, Cavad bəy Rəfibəyli, Qara Namazlı və digər küçələrində keçirilib. İşlər Ərazi Xidmət Sahələrinin əməkdaşları tərəfindən görülüb. Adıçəkilən ərazilər məişət tullantılarından, alaq otlarından, daş, qum və toz-torpaqdan təmizlənib. Yığılan tullantılar bir yerə toplanaraq ərazidən daşınıb.
Sözügedən ərazilərdəki zibil qutuları boşaldılıb, ətrafı isə təmizlənərək səliqəli hala salınıb.