Gəncədə yeraltı piyada keçidi artıq işıqlandırılır. Bu haqda Gencexeber.az-a 9 iyun tarixində məlumat daxil olub.
Bu hal Gəncə Dövlət Filarmoniyası binasının qarşısındakı piyadaların yolu təhlükəsiz keçməsi üçün inşa edilmiş keçidində müşahidə olunur. Bir necə gün əvvəl yeraltı keçidin axşam saatlarında işıqlandırılmaması haqda məlumat vermişdik.
Artıq yeraltı keçiddə işıqlandırma sistemi bərpa olunub.