Gəncədə kommunal qəza baş verib. Bu haqda Gencexeber.az-a 26 iyun tarixində məlumat daxil olub.
Hadisə şəhərin “Komandirin küçəsinə gedilən yol” adlanan ərazisində qeydə alınıb. Burada kanalizasiya borusu partlayıb. Həmin yerdən bir neçə gündür çirkab sular axır. Sakinlərin sözlərinə görə, ərazidə pis qoxu yaranıb.
Onlar borunun təmir olunmasını istəyirlər.