top
Beş şəhidimizin mövlududur
06 sentyabr 2023, 14:00
- ↺ +

Beş şəhidimizin mövlududur

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün şəhid Elxan Orucov, Cavanşir Şahbazov, Rövşən Mehdiyev, Murad İbrahimov və İlkin Əsgərovun doğum günüdür.

Elxan Yusif oğlu Orucov 6 sentyabr 1963-cü ildə Gəncədə anadan olub. 44 saylı orta məktəbi bitirib. Dnepropetrovsk şəhərində Dağ Mühəndisliyi İnstitutunun «Geoloji kəşfiyyat» fakültəsində təhsil alıb. O, Sverdlovsk şəhərində həqiqi hərbi xidmətdə olub. Orada rabitəçi peşəsinə yiyələnib. 1990-cı ildə Gəncə şəhərinə qayıdıb.

Orucov 1992-ci ildə könüllü olaraq Milli Orduya yazılıb, kəşfiyyat bölüyünün tərkibində Goranboy, Sarısu əməliyyatlarında iştirak edib. Elxan Yusif oğlu Orucov 19 iyun 1992-ci ildə Fərrux dağı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Cavanşir Əmir oğlu Şahbazov 6 sentyabr 1967-ci ildə Gəncədə anadan olub. 41 saylı orta məktəbi btirib. 77 saylı texniki-peşə məktəbində tornaçı peşəsinə yiyələnib. Cavanşir 1985-1987-ci illərdə sovet ordusu sıralarına çağırılıb. Ukrayna Respublikasında hərbi xidmət keçdikdən sonra Gəncəyə qayıdıb. O, Gil-Torpaq İstehsalat Birliyində kükürd sexində aparatçı işləyib.

20 iyun 1993-cü il tarixində Kəpəz Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. Cavanşir əvvəlcə Ağdam, sonra Beyləqan rayonunu erməni təcavüzkarlarından müdafiə edib. O, tağım komandiri olub.

Cavanşir Əmir oğlu Şahbazov 11 dekabr 1994-cü il tarixində Ağdam rayonu uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Rövşən Vaqif oğlu Mehdiyev 6 sentyabr 1972-ci ildə Gəncədə anadan olub. 28 saylı orta məktəbi bitirib. Bir neçə dəfə respublika olimpiadalarının qalibi olub. 1990-1992-cı illərdə Sovet ordusunda xidmət edib.

8 iyun 1993-cü ildə könüllü olaraq cəbhəyə yollanıb. O, Ağdərə-Tərtər bölgəsində vuruşub.

Rövşən Mehdiyev 28 aprel 1994-cü ildə Tərtər istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Şəhidimiz 2 may tarixində Gəncə şəhər Şəhidlər xiyabanında dəfn olunub.

Rövşənin xatirəsinə yaşadığı binanın qarşısında şəhid bulağı inşa edilib.

Murad Valeh oğlu İbrahimov 6 sentyabr 1993-cü ildə Gəncədə anadan olub. 12 nömrəli tam orta məktəbi bitirib. 1 nömrəli Gəncə Peşə liseyində təhsil alıb.

O, 2011-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Kəlbəcər rayonu və Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak edib.

Murad Valeh oğlu İbrahimov 3 oktyabr 2020-ci ildə Kəlbəcər rayonunun Qaragöl istiqamətində Çınqıllıq adlanan ərazidə şəhidlik zirvəsinə yüksəlib. Şəhidimiz 23 yanvar 2021-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

İlkin Rauf oğlu Əsgərov 6 sentyabr 2000-ci ildə Gəncədə anadan olub. 11 nömrəli məktəbi bitirib. 2018 - 2020-ci illərdə həqiqi hərbi xidmətdə olub.

27 sentyabr 2020-ci il tarixində könüllü olaraq döyüşlərə qatılıb. Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının, Şuşa şəhərinin azad olunmasında iştirak edib.

İlkin Rauf oğlu Əsgərov 9 noyabr 2020-ci il tarixində Xankəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. O, noyabrın 18-də Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.

Ölümündən sonra Prezident tərəfindən “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:18

GDU əməkdaşı elmi ada layiq görülüb

Bütün xəbərlər
Bu gün, 16:33

Gəncədə bir sıra ərazilər TƏMİZLƏNDİ

Bütün xəbərlər
Bu gün, 14:13

"Gəncə Open-2026" şahmat festivalına start verilib

Bütün xəbərlər
Bu gün, 12:50

Gəncədə hava yenidən isinir - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 11:57

Gəncəli şəhidin ad günüdür

Bütün xəbərlər
Bu gün, 11:24

Gəncədə bir neçə cinayət törədən şəxs 3 ildən çox həbs edildi

Bütün xəbərlər
Bu gün, 09:33

Gəncə sakini sirkə turşusundan zəhərlənib

Bütün xəbərlər
Bu gün, 09:00

Gəncədə ödənişsiz məşğələlərə başlanılır

Bütün xəbərlər
Bu gün, 00:00

13 oktyabr 2020: Vətən Müharibəsinin 17-ci günü

Bütün xəbərlər
Dünən, 17:34

Meteor yağışı olacaq

Bütün xəbərlər
Dünən, 17:03

Gəncə kikboksçuları 16 ildən sonra BUNU BACARDILAR

Bütün xəbərlər
Dünən, 16:27

Sabah Gəncədə 27 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 14:08

Gəncədə zəncirvari qəza: piyadanı maşın vurdu

Bütün xəbərlər
Dünən, 13:49

Gəncədə yerləşmə müəssisələrində monitorinq keçirilib

Bütün xəbərlər
Dünən, 13:11

Bakı-Gəncə avtobusu Kürdəmirdə "Mercedes"ə çırpıldı

Bütün xəbərlər
Dünən, 12:26

Gəncəli şəhidin doğum günüdür

Bütün xəbərlər
Dünən, 10:33

Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən kişi TUTULUB

Bütün xəbərlər
Dünən, 10:24

Bu gün görkəmli şair Əhməd Cavadın anım günüdür

Bütün xəbərlər
Dünən, 09:02

Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı

Bütün xəbərlər
Dünən, 00:40

Vətən müharibəsinin xronikası: 12 oktyabr

Bütün xəbərlər
11 oktyabr 2026, 14:52

Gəncədə atasını yuxudan oyadan oğul 25 gün həbsdə olacaq

Tarix
11 oktyabr 2026, 00:05

Beş il əvvəl Gəncə 4-cü dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
11 oktyabr 2026, 00:00

11 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 15-cü günü

Bütün xəbərlər
10 oktyabr 2026, 16:59

Gəncədə bağça həyətləri uşaqların üzünə gülmür

Oxşar xəbərlər