Gəncədə küçələrin təmiri davam edir. Bu haqda Gencexeber.az-a 9 sentyabr tarixində məlumat daxil olub.
Şəhərin Cəfər Cabbarlı küçəsində yolun bəzi yerləri qaşındıqdan sonra hamarlanır. Bundan başqa, Atatürk prospektinin qazılmış hissələrinə yamaq vurulur.
Adıçəkilən ərazilərə texnika və canlı qüvvə cəlb olunub. İş aparılan hissələr lentlə hasara alınıb.
[modula id="44866"]