Gəncədə yardım aksiyası baş tutacaq. Bu haqda 7 iyun tarixində 1 saylı Vəkil Bürosuna istinadən məlumat veririk.
Aksiya Gəncə şəhərində və ətraf rayonlarda yaşayan aztəminatlı vətəndaşlara, şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına şamil edilir. 10 iyun tarixində saat 11:00-dan 16:00-dək 1 saylı Vəkil Bürosunun vəkilləri onlara ödənişsiz hüquqi yardım göstərəcəklər.
Görüş büronun Cavadxan küçəsi, 53 ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.