Gəncədə sahibkarlarla görüş keçirilib. Bu haqda Gencexeber.az-a 14 iyun tarixində məlumat daxil olub.
“Açıq mikrofon” aksiyası KOBİA və “Azəriqaz” İB-nin birgə təşkilatçılığı ilə Məhəmməd Füzuli Parkında baş tutub. Burada 10-a yaxın sahibkar iştirak edib. Gəncə RQİİ-nin rəisi onların təklif və şikayətlərini dinləyib.
Sahibkarlar sayğacların yenisi ilə əvəzlənməsini, debitor borcun ödənilməsində güzəştlərin edilməsini və qaz sayğaclarının dövri yoxlamasının regiona yaxın ərazilərdə aparılmasını xahiş ediblər. Görüşdə səsləndirilən problem və təkliflər qeydiyyata alınıb.