Gəncədə arxlardan bəziləri yağmurlu hava şəraitində daşır. Bu haqda Gencexeber.az-a 15 iyun tarixində məlumat daxil olub.
Bu arxlardan biri Sadıllı qəsəbəsindəki Ayaz Nuriyev küçəsində yerləşir. Ərazidə küçə boyunca arx uzanır. Bura kanalizasiya suları tökülür. Sakinlər bildirirlər ki, yağış yağanda arx daşır və çirkab sular ətrafa axır.
Bundan başqa, arxın özü və ətraf ərazisi müxtəlif tullantılarla çirkləndirilib. Yaxınlıqda yaşayan əhali, xüsusən yay aylarında ərazidə pis qoxunun olmasından narazıdır.
[modula id="39181"]