Gəncədə yol təmir olunur. Bu haqda Gencexeber.az-a 19 avqust tarixində məlumat daxil olub.
Söhbət Avtozavod ərazisində olan Molla Cəlil küçəsindən gedir. Burada avtomobil yolunun təmiri işləri gedir. Əraziyə texnika və canlı qüvvə cəlb olunub. Yol səthi bərabərləşdirilib, asfalt örtüyü çəkilib.
Həmçinin səkilərin kənarlarına bordürlər düzülüb. Növbəti mərhələdə yol nişanları qoyulacaq.
Bundan başqa, adıçəkilən küçəyə işıqlandırma sistemi çəkilir.
[modula id="42937"]