Gəncə avtovağzalının arxası zibillik içindədir. Bu haqda bu gün, 10 avqust tarixində Gencexeber.az-a məlumat daxil olub.
Belə ki, şəhər içində hərəkət edən sərnişin avtobuslarının daimi istifadə etdiyi yolun ətrafı tullantılarla doludur. Bundan əlavə, yolun bir hissəsində asfalt da yoxdur. Sözügedən yol şəhər avtovağzalının tam arxasından keçir.