Gəncədə dayanacaqlardan biri qəzalı vəziyyətdədir. Bu haqda Gencexeber.az-a 22 iyun tarixində məlumat daxil olub.
Sözügedən hal şəhərin Şah İsmayıl Xətai prospektində müşahidə olunur. “Gəncə bazarı” adlanan “Gəncə Ticarət Mərkəzinin” qarşısında yerləşən avtobus dayanacağının təmirə ehtiyacı var.
Sakinlər bildirirlər ki, dayanacaq bir müddətdir naməlum səbəbdən qəzalı vəziyyətə düşüb. Burada dirəklərdən biri əzilib.