Gəncədə sərgi təşkil olunacaq. Bu haqda 3 oktyabr tarixində “Sağlam Ailə” Tibb Mərkəzinə istinadən məlumat veririk.
Tədbirdə autizmli uşaqların əl işləri nümayiş etdiriləcək. Sərgi 4 oktyabr saat 17:00-da “Gəncə Mall”da baş tutacaq. Burada rəsm sərgisi olacaq və “Mavi Ürəklər” xor və ritm qrupunun konserti keçiriləcək.
Sərgiyə hər kəs dəvətlidir. Qatılmaq istəyənlər ödənişsiz iştirak edə bilərlər.
Qeyd edək ki, tədbir “Birgə və Sağlam” İctimai Birliyi, “Sağlam Ailə” Tibb Mərkəzi, “Sun” və “Gəncə Mall” tərəfindən təşkil olunur.