Atatürk prospektində təmir işləri davam edir. Bu haqda bu gün, 9 avqust tarixində Gencexeber.az məlumat verir.
Prospektdə yeni kanalizasiya sistemi salınır. Hazırda işlər prospektin Nəsib bəy Yusifbəyli və Nizami Gəncəvi küçələri ilə kəsişməsində aparılır. Əraziyə xüsusi texnika cəlb olunub, burada hərəkət qismən məhdudlaşdırılıb.
İşlərin prospekt boyunca davam edəcəyi gözlənilir.