Gəncədə könüllülük proqramına qeydiyyat başlayıb. Bu haqda Gencexeber.az-a 23 iyun tarixində məlumat daxil olub.
Gənclər üçün 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində könüllülük fəaliyyəti keçmək imkanı yaradılıb. Proqram iki ay davam edir. Könüllülük fəaliyyətinə təhsil səviyyəsindən asılı olmayaraq, 16-26 yaş arası gənclər müraciət edə bilərlər.
Gənclər burada olan üç növbədən istədikləri birini seçərək fəaliyyətə qoşula bilərlər. Növbələrin bölgüsü aşağıdakı kimidir:
09:00-12:00 – Birinci növbə;
12:00-15:00– İkinci növbə;
15:00-18:00– Üçüncü növbə.
İki ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə Dövlət Agentliyi tərəfindən xüsusi sertifikat təqdim ediləcək.
Namizədlərdən intizam, xoşrəftarlıq, ünsiyyətcillik, operativlik, kollektivdə işləmək bacarığı, təşkilatçılıq, təşəbbüskarlıq, kompüter bacarığı tələb olunur.
Qeydiyyat üçün aşağıdakı linkə keçid etmək lazımdır: