Gəncədə könüllülər üçün tədbirlər keçirilib. Bu haqda 28 avqust tarixində ASAN könüllülərinə istinadən məlumat veririk.
1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi tərəfindən ekskursiya təşkil olunub. Könüllülər Heydər Əliyev mərkəzinə baş çəkiblər. Gənclər burada sərgilənən eksponatlarla tanış olublar. Həmçinin bələdçi tərəfindən qonaqlara ümummilli liderin həyat və fəaliyyəti haqda məlumat verilib.
Bundan başqa, 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində könüllülər film izləyiblər. Onlara “Babək” filmi nümayiş olunub.
[modula id="43446"]