Gəncədə olimpiadada uğur qazanan şagirdlərlə görüş keçirilib. Bu haqda 14 iyun tarixində Regional Təhsil İdarəsinə istinadən məlumat veririk.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev "Azərbaycanın Gənc Qurucuları" adlı layihə olimpiadasında uğur qazanan şagirdlərlə görüşüb. Tədbirdə Fizika-riyaziyyat və informatika təmayüllü liseyin “Ultimate” komandası iştirak edib. Qədiməliyev onları təbrik edərək uğurlar arzulayıb.
Qeyd edək ki, ADA-nın Qazax Mərkəzinin təşkilatçılığı ilə "Azərbaycanın Gənc Qurucuları" adlı layihə olimpiadasında iştirak edən "Ultimate" komandası final mərhələsində V yerə layiq görülüb. Burada ilkin mərhələdə 235 komandadan 800-ə yaxın şagird iştirak edib.