Gəncədə növbəti tamaşa nümayiş olunacaq. Bu haqda 26 iyun tarixində Regional Mədəniyyət İdarəsinə istinadən məlumat veririk.
Tədbir Gəncə Dövlət Dram Teatrında baş tutacaq. Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının kollektivi 27 iyun saat 14:00-da “Ələddin, şahzadə Jasmin və çıraqdakı Cinin macəraları” tamaşasını nümayiş etdirəcək.
Biletləri Dram Teatrının kassasından əldə etmək olar.