Gəncədə kommunal qəza baş verib. Bu haqda Gencexeber.az-a 8 iyun tarixində məlumat daxil olub.
Hadisə şəhərin Aida İmanquliyeva küçəsində qeydə alınıb. Ərazidə kanalizasiya quyusu daşıb. Nəticədə küçə boyunca çirkab sular axır. Sakinlər bildirirlər ki, burada antisanitariya və pis qoxu əmələ gəlib.
“Səhərdən quyu daşmağa başlayıb. Hər yanı pis qoxu bürüyüb. Küçədən keçmək mümkün deyil”, - deyə onlar qeyd ediblər.