Gəncədə kommunal qəza baş verib. Bu haqda Gencexeber.az-a 29 may tarixində məlumat daxil olub.
Hadisə şəhərin Ozan küçəsində qeydə alınıb. Səhər saatlarından Azərbaycan Dövlət Aqrar Universitetinin qarşısında kanalizasiya quyusu daşır. Əraziyə çirkab sular axır.
Nəticədə həmin yeri xoşagəlməz qoxu bürüyüb.