Gəncədə universitet əməkdaşları üçün seminar təşkil olunub. Bu haqda 6 mart tarixində ADAU-ya istinadən məlumat veririk.
Azərbaycan Dövlət Aqrar Universiteti və Türkiyənin Ege Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramı çərçivəsində ADAU-ya dəvət olunan türk professor-müəllim heyəti tərəfindən təhsilin keyfiyyətini təkmilləşdirmə fəaliyyəti üzrə ilk seminar baş tutub. ADAU-nun rektoru vəzifəsini icra edən Zəfər Qurbanov tədbirin keçirilməsinin əhəmiyyətindən bəhs edib və bu kimi təlimlərin davamlı təşkil olunmasının vacibliyini vurğulayaraq iştirakçılara uğurlar arzu edib.
Sonra EGE Universitetinin professoru Şerafettin Aşık və Türkiyənin “Yuluğ” mühəndislik şirkətinin CEO-su Ömer Yuluğun birgə hazırladıqları “Sulama ve Su Yönetiminde İnnovativ Teknolojiler” adlı seminarları təqdim olunub. Ege Universitetinin Toprak Bilimi Ve Bitki Besleme Bölümünün dosenti Mustafa Tolga Esetlili tərəfindən “Tarım 5.0” adlı seminar baş tutub.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.