Gəncədə kitab təqdimatı keçirilib. Bu haqda 14 mart tarixində ADAU-ya istinadən məlumat veririk.
Mərasim Azərbaycan Dövlət Aqrar Universitetində baş tutub. Burada Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu tərəfindən nəşr edilən bir neçə elmi-metodiki vəsait təqdim olunub.
Universitetin rektoru vəzifəsini icra edən Zəfər Qurbanov bildirib ki, son altı ay ərzində ADAU-nun kitab fonduna üç mindən çox kitab daxil edilib. Tərəvəzçilik ETİ-nin idarə heyətinin sədri Elmar Allahverdiyev yeni vəsaitlər haqqında ətraflı məlumat verib. O bildirib ki, təqdim olunan kitablar həm tələbələr, həm də fermerlər üçün bir çox faydalı məlumatı mənimsəməyə və düzgün formada tətbiq etməyə kömək edəcək.