top
ABU-nun keçmiş tələbəsi diplomsuz qalıb
05 may 2023, 10:30
- ↺ +

ABU-nun keçmiş tələbəsi diplomsuz qalıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gəncə sakini universitetdən diplomunu ala bilmir. Bu haqda 5 may tarixində Qafqazinfo-ya istinadən məlumat veririk.

Şəhər sakini M.M. (şərti) illər əvvəl Azərbaycan Beynəlxalq Universitetində təhsil aldığını deyir. Lakin diplomu olmadığından işləyə bilmədiyi bildirir:

“2004-cü ildə Mahaçqala universitetinə qəbul oldum. 2005-ci ildə isə köçürmə yolu ilə Azərbaycan Beynəlxalq Universitetinə qəbul edildim. Pedaqoji ixtisas üzrə qiyabi təhsil almışam. Təhsil aldığım müddət ərzində bütün dərslərdə və imtahanlarda iştirak etmişəm. İllik ödəniş təxminən 235 manat idi, onu da vaxtında ödəmişəm. 2009-cu ildə universitet bağlandı və mən diplomumu ala bilmədim. Sonuncu il bir müəllim var idi, mənə dedi: “Sən ödəniş et, diplomunu birinci verək”. Çünki arada söz-söhbət gəzirdi ki, universitet bağlanacaq. Mən də 1000 manat pul verdim. Amma pul da getdi, müəllim də yoxa çıxdı. Bundan başqa, universitetin tələbələrinin başqa universitetlərə köçürüləcəyi ilə bağlı da xəbərlər eşidirdik. Amma test imtahanı verərək qəbul olunanlara aid olduğunu deyirdilər. Onda da bir müəllim bizim üçün bu işi düzəldəcəyini dedi və pul aldı. Amma 5-6 il sonra həmin pulu qaytardı və alınmadığını dedi”.

Vətəndaş Ağdərədən olan məcburi köçkündür. “Yurdumuzdan-yuvamızdan heç nə götürmədən çıxmışdıq. Min bir əziyyətlə böyüyüb, min bir əziyyətlə təhsil almışam. Həm pulum gedib, həm zamanım... Orada “salam”ı da pulla alırdılar. Ödənişlərin çeklərini hələ də saxlayıram. Bəlkə bir faydası olar... İndi isə 36 yaşım var və işləyə bilmirəm. Diplomsuz harada işləyə bilərəm axı?!”, - deyə M.M. bildirir.

Zərərçəkmiş 8 il öncə Elm və Təhsil Nazirliyinə müraciət edib. Burada ona özü kimi diplomsuz qalanların çox olduğunu deyiblər. Məsələ ilə bağlı nazirlik açıqlama verib. Bildirilib ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) nazirliyə təqdim etdiyi tələbə kontingentinə aid məlumat bazasında 2006-cı ildə ABU-ya qəbul olunan (köçürülən) və ya 2009-cu ildə universiteti bitirənlərin siyahısında M.M.-in adı aşkar edilməyib.

Bundan başqa, qeyd olunub ki, nazirin müvafiq əmri ilə Azərbaycan Beynəlxalq Universitetinə köçürülmüş və təhsili yarımçıq qalmış tələbələr təhsillərini başa vurmaq üçün müvafiq özəl ali təhsil müəssisələrinə yerləşdirilib və bu proses artıq başa çatıb.

“Hüquq və maraqlarını qorumaq və təmin etmək məqsədilə M.M. məhkəmə orqanlarına müraciət edə bilər”, - deyə nazirlikdən bildirilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

16 oktyabr 2020: Vətən müharibəsinin 20-ci günü

Bütün xəbərlər
Dünən, 17:22

Bir həyət, iki mənzərə: Gəncədə abadlıq işləri yarımçıq qalıb

Bütün xəbərlər
Dünən, 15:58

Gəncədə son 11 ildə gənclərin sayı 17,7% AZALIB

Bütün xəbərlər
Dünən, 14:35

MAXE olmaq istəyən gəncəlilərin nəzərinə

Bütün xəbərlər
Dünən, 14:02

Sabah 31 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:30

Kənd yumurtası 10 qəpik BAHALAŞDI

Bütün xəbərlər
Dünən, 12:02

İkinci qrup əlil Gəncədə 6 nəfəri aldadıb 23 min almışdı - Həbs edildi

Bütün xəbərlər
Dünən, 10:38

Gəncədə bəzi sürücülər yol hərəkəti qaydalarına məhəl qoymur

Bütün xəbərlər
Dünən, 10:06

Nüsrət Kəsəmənlinin anım günüdür

Bütün xəbərlər
Dünən, 09:00

Almaniya səfiri Gəncəyə səfər edib

Bütün xəbərlər
Dünən, 00:05

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

Tarix
Dünən, 00:01

15 oktyabr 2020-ci il: Vətən müharibəsinin 19-cu günü

Bütün xəbərlər
14 oktyabr 2026, 16:39

Maşınlar toqquşdu – 5 nəfər xəstəxanaya çatdırıldı

Bütün xəbərlər
14 oktyabr 2026, 15:37

Gəncədə 10 il ərzində əkin sahələri 61% azalıb

Bütün xəbərlər
14 oktyabr 2026, 15:01

Ermənistanda tutulan daşkəsənli əsgərin atası: "Dövlətimizə güvənirik"

Bütün xəbərlər
14 oktyabr 2026, 13:54

Sabah da Gəncədə hava isti olacaq - PROQNOZ

Bütün xəbərlər
14 oktyabr 2026, 12:19

Bir yaşlı oğlunun ölümünə səbəb olan anaya bu cəza verildi

Bizim fəxrimiz
14 oktyabr 2026, 11:37

Gəncəli güləşçi beynəlxalq turnirdə UĞUR QAZANIB

Bütün xəbərlər
14 oktyabr 2026, 11:07

Gəncə sakini evində ölü tapılıb

Bütün xəbərlər
14 oktyabr 2026, 09:40

ATU-da konfrans baş tutacaq

Bütün xəbərlər
14 oktyabr 2026, 00:00

14 oktyabr 2020-ci il: Vətən müharibəsinin 18-ci günü

Bütün xəbərlər
13 oktyabr 2026, 17:18

GDU əməkdaşı elmi ada layiq görülüb

Bütün xəbərlər
13 oktyabr 2026, 16:33

Gəncədə bir sıra ərazilər TƏMİZLƏNDİ

Bütün xəbərlər
13 oktyabr 2026, 14:13

"Gəncə Open-2026" şahmat festivalına start verilib

Oxşar xəbərlər