Gəncədə obyektlərin birində qayda pozuntusu aşkarlanıb. Bu haqda Gencexeber.az-a 29 dekabr tarixində məlumat daxil olub.
Söhbət şəhərin Atatürk prospekti ilə Mirzə Abbas Abbaszadə küçəsinin kəsişməsində yerləşən “Bəylik” mağazasının altındakı müəssisədən gedir. Adıçəkilən məkana aidiyyəti qurumun və İcra Hakimiyyətinin nümayəndələri cəlb olunublar.
Məlum olub ki, obyektdə pilləkənlə eniş etmək üçün giriş qanunsuz genişləndirilib. Nəticədə piyada səkisinin bir hissəsi zəbt olunub.
Müəssisənin sahibinə qarşı müvafiq tədbirlərin görüldüyü bildirilir.
[modula id="52493"]