Gəncədə “44 günlük Zəfər tarixi” mövzusunda tədbir baş tutub. Bu haqda 30 sentyabr GDU-ya istinadən xəbər veririk.
Tədbir Gəncə Dövlət Universitetində Tələbə Elmi Cəmiyyətinin Ekologiya və Təbiətin mühafizəsi kafedrasının birgə təşkilatçılığı ilə keçirilib. Öncə universitetdə şəhidlərin xatirə guşəsinin önünə gül dəstələri düzülüb. Daha sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“44 günlük Zəfər tarixi” adlı tədbirdə universitetin şəhid məzunları Səməndər İmanov və Elgün Xıdırov haqqında danışılıb. Burada universitetin prorektoru millət vəkili Pərvin Kərimzadə və kafedra müdiri Sevda Əhmədova mövzu ətrafında çıxış ediblər. Onlar azad olunmuş torpaqlarımızda həyata keçirilən abadlıq və quruculuq işlərindən söhbət açıblar.
Tədbirin sonunda Vətən müharibəsinə həsr edilən videoçarx nümayiş etdirilib.