Gəncədə direktorların işə qəbulu müsabiqəsi keçirilir. Bu haqda 15 avqust tarixində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə istinadən məlumat veririk.
Şagird sayı 500-dək və hazırda direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinin növbəti mərhələsi olan müsahibə mərhələsi avqustun 18-nə kimi 28 nömrəli tam orta məktəbin inzibati binasında baş tutacaq.
Burada direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində uğur qazanmış namizədlər və birbaşa müsahibə mərhələsinə qoşulmaq hüququ olan namizədlər (şagird sayı 0-150-dək olan ümumi təhsil müəssisələrini seçən namizədlər) iştirak edirlər.