Gəncədə avtomobil qəzası baş verib. Bu haqda 31 may tarixində Apa-ya istinadən məlumat veririk.
Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Minik avtomobili hərəkətdə olan zaman yolu qarşı tərəfə keçmək istəyən 26 yaşlı İ.İbrahimovu vurub. Piyada xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.