Gəncədə dördyola yeni hərəkət tənzimləyiciləri quraşdırılıb. Bu haqda Gencexeber.az-a 1 iyul tarixində məlumat daxil olub.
Söhbət şəhərin Şota Rustaveli və Cəfər Cabbarlı küçələrinin kəsişməsindən gedir. 22 nömrəli orta məktəbin yaxınlığında avtomobil və piyadaların təhlükəsiz hərəkətini təmin etmək məqsədilə üç işıqfor quraşdırılıb.
Bir neçə gündür davam edən işlər bu gün yekunlaşıb və hərəkət tənzimləyiciləri fəaliyyətə başlayıb.