Gəncədə küçələrdən birində zibil qutuları qoyulmayıb. Bu haqda Gencexeber.az-a 15 iyun tarixində məlumat daxil olub.
Söhbət şəhərin Cavad xan küçəsindən gedir. Burada 130 evin yerləşdiyi ərazidə tullantılar üçün xüsusi konteynerlər yerləşdirilməyib. Sakinlər zibil paketlərini qapılarının yanına qoyurlar, bəziləri isə açıq lüklərin içinə atırlar.
Onlar bildirirlər ki, tullantılar hər gün, bəzi hallarda isə günaşırı yığışdırılır. Sakinlər əraziyə zibil atmaq üçün konteynerlərin qoyulmasını istəyirlər.