“Kəpəz” növbəti rəqibi ilə qarşılaşacaq. Bu haqda 7 mart tarixində futbol klubuna istinadən məlumat veririk.
Komandamız doğma meydanda “Zirə”ni qəbul edəcək. Oyun 10 mart tarixində saat 15:00-da Gəncə şəhər stadionunda təşkil olunacaq. Görüş Misli Premyer Liqasının XXVI turu çərçivəsində baş tutacaq.
Matçı canlı olaraq CBC Sport kanalında izləmək mümkün olacaq.