Mingəçevirdə məktəblini maşın vurub.
Unikal.аz-ın məlumatına görə, hadisə şəhərin Gəncə şosesində baş verib. Belə ki, avtobusdan düşüb yolu keçmək istəyən 2010-cu il təvəllüdlü Rzayev Amil Habil oğlunu "VAZ-2107" markalı maşın vurub.
Yaralı yeniyetmə xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, Amil Rzayev Mingəçevirdə yerləşən Kəlbəcər məktəbinin 8-ci sinif şagirdidir.
Faktla bağlı araşdırma aparılır.