“Kəpəz”in oyunçusu milliyə çağırılıb. Bu haqda 30 may tarixində futbol klubuna istinadən məlumat veririk.
Söhbət təmsilçimizin belarus müdafiəçisi Yeqor Xvalkodan gedir. O, ilk dəfə Belarus millisində oynayacaq. Xvalko AVRO - 2024-ün seçmə mərhələsinin iyunda keçiriləcək oyunlarında debüt etmək üçün Belarus millisinə çağırılıb.