top
Yeniyetmə qızdan ağlasığmaz əməl — 22 yaşlı oğlanı evinə çağırıb…
28 avqust 2026, 18:02
- ↺ +

Yeniyetmə qızdan ağlasığmaz əməl — 22 yaşlı oğlanı evinə çağırıb…

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Tovuz rayonunda 22 yaşlı oğlan sevgi münasibətində olduğu qıza intim hərəkətlər etməkdə ittiham olunub.

2004-cü il təvəllüdlü Tacir yetkinlik yaşına çatmayan həmyerlisi Laləyə (adlar şərtidir – red.) qarşı seksual hərəkətlər edib, 2025-ci ilin müxtəlif vaxtlarında iki dəfə onunla cinsi əlaqədə olub.

Tacirin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Tacir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Laləni təxminən 2024-cü ilin sonlarından tanıyır:

"Şadlıq sarayında ofisiant işlədiyim vaxt Lalə də həmin şadlıq sarayı ilə eyni həyətdə yerləşən gözəllik salonunda işləyib. Öz mobil nömrəmi ona göndərdim. Bundan sonra onunla mütəmadi olaraq evlənmək məqsədi ilə əlaqə saxlamağa başladım".

Tacir qeyd edib ki, 2025-ci ildə, günlərin birində, təxminən saat 15 radələrində Lalənin Tovuz rayonunun kəndində yerləşən yaşadığı evə onun dəvəti ilə gedib.

"Həmin vaxt Lalə evdə tək olub. Lalənin yaşadığı evdə onunla həm təbii, həm də qeyri-təbii yolla əlaqədə olduq. Bundan bir neçə gün sonra, təxminən saat 14 radələrində Lalə ilə onun yaşadığı evdə yenə əlaqədə olduq".

İş üzrə zərərçəkmiş Lalə ifadəsində könüllü razılığı əsasında Tacirlə əlaqədə olduğunu etiraf edib və bildirib ki, sonrakı vaxtda da evlənmək məqsədilə Tacirə qoşularaq qaçıb.

Tovuz Rayon Məhkəməsinin hökmü ilə Tacir 1 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Mənbə: demokrat.аz

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

Ötən il Gəncədə 982 qız, 1182 oğlan dünyaya gəlib

Bütün xəbərlər
Bu gün, 16:48

Gəncədə "Hyundai" və yük maşını toqquşub

Bütün xəbərlər
Bu gün, 16:22

ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

Bütün xəbərlər
Bu gün, 16:20

Gəncədəki qəsəbələrdə zibil əlindən tərpənmək olmur - ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 15:51

"Kəpəz"in nigeriyalı futbolçusu: Avrokuboklara vəsiqə qazanmaq ehtimalını istisna etmirik

Bütün xəbərlər
Bu gün, 15:43

Gəncə Avtomobil Zavodunda Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

Bütün xəbərlər
Bu gün, 15:38

Gəncədə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib

Bütün xəbərlər
Bu gün, 15:35

Mingəçevirin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Bütün xəbərlər
Bu gün, 15:29

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
Bu gün, 15:23

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Bütün xəbərlər
Bu gün, 14:48

Gəncədə 4 nəfərlik ailənin aylıq xərcləri nə qədərdir?

Bütün xəbərlər
Bu gün, 14:36

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub

Bütün xəbərlər
Bu gün, 14:04

Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlandı

Bütün xəbərlər
Bu gün, 13:31

Ötən ilin fevralından 16 ailə yaxınlarının orqanlarının köçürülməsinə icazə verib

Bütün xəbərlər
Bu gün, 12:52

Gəncədə dirək tamamilə əyilib – Aidiyyəti qurum nəyi gözləyir?

Bütün xəbərlər
Bu gün, 12:25

Taksi sürücüləri üçün gəlirə əsaslanan yeni vergi MODELİ

Bütün xəbərlər
Bu gün, 11:17

Gəncə sakininin xəbəri olmadan adına şirkət açıldı, 634 min manat borcu yarandı

Bütün xəbərlər
Bu gün, 10:46

23 tondan çox yararsız ət idxalının qarşısı alınıb

Bütün xəbərlər
Bu gün, 10:13

V Gəncə Kitab Sərgisi keçiriləcək

Bütün xəbərlər
Bu gün, 09:46

"Omid"in rəhbəri tutuldu: Gəncədəki mağaza müdirini döyüb

Bütün xəbərlər
Bu gün, 09:33

Qadınlarla içki məclisinin axırı həbsdə bitdi - MƏHKƏMƏ

Bütün xəbərlər
Bu gün, 08:26

Gəncədə uşaqların qayğısı üçün ayrılan ərazi təmizləndi

Bütün xəbərlər
Dünən, 16:39

Tələbələr Nizami məqbərəsinin ətrafını TƏMİZLƏYİB

Bütün xəbərlər
Dünən, 16:07

Gəncədə milyonlara tikilən filarmoniya ÇAT-ÇATDIR

Oxşar xəbərlər