Gəncədə növbəti təlim təşkil olunub. Bu haqda 5 sentyabr tarixində Gəncə Dünya Məktəbinə istinadən xəbər veririk.
"Yeni nəsli tanıyaq" adlı təlim Gəncə Dünya Məktəbində Davamlı İnkişaf və Təlim Mərkəzinin təşkilatçılığı ilə keçirilib. Burada yeni nəsillə ünsiyyət, psixoloji yanaşma haqqında təcrübələr bölüşülüb, diferensial təlim və strategiyalar qruplar şəklində öyrənilib. Təlimdə, həmçinin iştirakçılar arasında maraqlı müzakirələr aparılıb və faydalı məlumatlar verilib.
Qeyd edək ki, pedaqoji heyətin inkişafı üçün təlimlərin davamlı olması planlaşdırılır.