Gəncədə daha bir oğurluq hadisəsi baş verib. Bu haqda 9 sentyabr tarixində Daxili İşləri Nazirliyinə istinadən məlumat veririk.
Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşları əməliyyat keçiriblər. Nəticədə şəhər sakini M.Süleymanov saxlanılıb. O, sentyabrın 7-nə keçən gecə Məhsəti qəsəbəsi ərazisindəki bir yarımtikilidən 900 manat dəyərində elektrik naqili oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.