Gəncədə bayram namazı qılınıb. Bu haqda 28 iyun tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.
Qurban bayramı namazı şəhərin bütün məscidlərində eyni vaxtda başlayıb. Burada yüzlərlə şəhər sakini iştirak edib. Bayram namazında dualar oxunub, Allahdan mərhəmət, əmin-amanlıq və ruzi-bərəkət arzulanıb.
Həmçinin şəhərin “Kəpəz-Bazarı” ASC-də, "İmamzadə" Dini Kompleksinin qurbangahında, M. Bağırov və Bayan küçələrinin ərazisində müəyyən edilmiş satış və kəsim məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə İslam qaydaları əsasında qurbanlar kəsilib.