Xarici jurnalistlər Gəncəyə səfər ediblər. Bu haqda 4 mart tarixində Apa-ya istinadən məlumat veririk.
Qoşulmama Hərəkatının (QH) COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünü işıqlandırmaq üçün Azərbaycana gəlmiş xarici jurnalistlər Ağdamdan sonra şəhərimizdə erməni terroru nəticəsində dağılan ərazidə olublar. Belə ki, 30 nəfərlik heyət Qələbə parkına baş çəkib.
Onlar Ermənistan silahlı qüvvələrinin raket atması nəticəsində dağılan ərazilərə gəlib, mülki insanlara qarşı həyata keçirilmiş hərbi cinayətlərlə yerində tanış olub, 44 günlük Vətən müharibəsi zamanı ballistik raketlə hədəf alınan yaşayış massivinə baş çəkiblər. Qonaqlara qətliamla bağlı ətraflı məlumat verilib.