top
Xan bağında uşaqlar üçün müsabiqələr təşkil olunacaq
30 may 2023, 11:00
- ↺ +

Xan bağında uşaqlar üçün müsabiqələr təşkil olunacaq

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gəncədə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbirlər baş tutacaq. Bu haqda 30 may tarixində Regional Təhsil idarəsinə istinadən məlumat veririk.

Tədbirlər 1 iyun saat 16:00-da Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı və İcra Hakimiyyətinin dəstəyi ilə “100” Festivalı çərçivəsində keçiriləcək. Burada IV siniflərin komanda şəklində əyləncəli, intellektual “100” yarışı, 4-7 yaş qrupunda olan  uşaqların iştirakı ilə moda göstərişi, II-V sinif şagirdlərinin iştirakı ilə “Xan bağı xəzinə ovu” yarışı (ingilis dilində) təşkil olunacaq.

Bütün iştirakçılara sertifikat təqdim ediləcək, qaliblər isə mükafatlandırılacaqlar. Tədbirdə feysart, Dj-in iştirakı ilə musiqili proqram, kloun və nağıl qəhrəmanlarının uşaqlarla əyləncəsi həyata keçiriləcək. Daha sonra konsert proqramı təqdim ediləcək. Burada məktəbəqədər təhsil müəssisələri, ümumtəhsil məktəbləri və məktəbdənkənar təhsil müəssisələri tərəfindən çıxışlar həyata keçiriləcək, müsabiqə və yarışların qalibləri mükafatlandırılacaq və saat 20:00-dək uşaqlar üçün əyləncə təşkil olunacaq.

“Moda göstərişi” müsabiqəsi:

4-7 yaş arası uşaqların iştirakı ilə moda göstərişində iştirak edəcək uşaqların qeydiyyatı valideynləri və ya digər şəxslər tərəfindən həyata keçirilməlidir. Burada 30 uşaq iştirak hüququnu qazanır. Hər moda göstərişi üçün 2 dəqiqə vaxt ayrılır, “Ən dəbli" 1 qız və 1 oğlan  yekunda qalib elan olunaraq mükafatlandırılacaqlar. Uşaqlar üçün geyim, saç düzümü, aksesuar seçimi onların yaşlarına uyğun olmalıdır. Əks-hallar müşahidə olunarsa, uşaq iştirakçı hüququnu itirir. Qeydiyyat linki:

https://forms.office.com/r/ifMzD1EMZP

“100" yarışı:

Yarışda IV sinif şagirdləri komanda şəkilində iştirak edəcəklər. Qeydiyyatdan keçən ilk 10 komanda (hər komandada 5 şagird və 1 müəllim) yarışda iştirak etmək hüququ qazanır. Qeydiyyat sinif rəhbəri tərəfindən həyata keçirilməlidir. Hər məktəbdən maksimum 2 komanda yarışda iştirak edə bilər. Şagirdlər müxtəlif əyləncəli oyunları komanda şəklində icra edib, sualları cavablandıracaqlar. Yarışda bütün prosesləri ən tez yekunlaşdıran komanda qalib elan olunur. Yekunda qalib komandaya hədiyyə təqdim ediləcək. Qeydiyyat linki:

https://forms.office.com/r/RjU3WPAdLq

“Xan Bağı Xəzinə Ovu” yarışı:

İştirak üçün şagirdlər müstəqil olaraq, komanda formalaşdırmalı və qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmiş ilk 5 komanda iştirakçı hüququnu qazanacaq. Komanda 5 nəfərdən ibarət olur. Komanda üzvləri II-V sinif şagirdləri olmalı, ingilis dilində verilən tapşırıqları icra etməyi bacarmalıdır. Qeydiyyat linki:

https://forms.office.com/r/fCpytGFYYK.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 12:30

Kənd yumurtası 10 qəpik BAHALAŞDI

Bütün xəbərlər
Bu gün, 12:02

İkinci qrup əlil Gəncədə 6 nəfəri aldadıb 23 min almışdı - Həbs edildi

Bütün xəbərlər
Bu gün, 10:38

Gəncədə bəzi sürücülər yol hərəkəti qaydalarına məhəl qoymur

Bütün xəbərlər
Bu gün, 10:06

Nüsrət Kəsəmənlinin anım günüdür

Bütün xəbərlər
Bu gün, 09:00

Almaniya səfiri Gəncəyə səfər edib

Bütün xəbərlər
Bu gün, 00:05

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

Tarix
Bu gün, 00:01

15 oktyabr 2020-ci il: Vətən müharibəsinin 19-cu günü

Bütün xəbərlər
Dünən, 16:39

Maşınlar toqquşdu – 5 nəfər xəstəxanaya çatdırıldı

Bütün xəbərlər
Dünən, 15:37

Gəncədə 10 il ərzində əkin sahələri 61% azalıb

Bütün xəbərlər
Dünən, 15:01

Ermənistanda tutulan daşkəsənli əsgərin atası: "Dövlətimizə güvənirik"

Bütün xəbərlər
Dünən, 13:54

Sabah da Gəncədə hava isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:19

Bir yaşlı oğlunun ölümünə səbəb olan anaya bu cəza verildi

Bizim fəxrimiz
Dünən, 11:37

Gəncəli güləşçi beynəlxalq turnirdə UĞUR QAZANIB

Bütün xəbərlər
Dünən, 11:07

Gəncə sakini evində ölü tapılıb

Bütün xəbərlər
Dünən, 09:40

ATU-da konfrans baş tutacaq

Bütün xəbərlər
Dünən, 00:00

14 oktyabr 2020-ci il: Vətən müharibəsinin 18-ci günü

Bütün xəbərlər
13 oktyabr 2026, 17:18

GDU əməkdaşı elmi ada layiq görülüb

Bütün xəbərlər
13 oktyabr 2026, 16:33

Gəncədə bir sıra ərazilər TƏMİZLƏNDİ

Bütün xəbərlər
13 oktyabr 2026, 14:13

"Gəncə Open-2026" şahmat festivalına start verilib

Bütün xəbərlər
13 oktyabr 2026, 12:50

Gəncədə hava yenidən isinir - PROQNOZ

Bütün xəbərlər
13 oktyabr 2026, 11:57

Gəncəli şəhidin ad günüdür

Bütün xəbərlər
13 oktyabr 2026, 11:24

Gəncədə bir neçə cinayət törədən şəxs 3 ildən çox həbs edildi

Bütün xəbərlər
13 oktyabr 2026, 09:33

Gəncə sakini sirkə turşusundan zəhərlənib

Bütün xəbərlər
13 oktyabr 2026, 09:00

Gəncədə ödənişsiz məşğələlərə başlanılır

Oxşar xəbərlər