Gəncədə xəsarət alan şəxslər paytaxta göndəriliblər. Bu haqda 29 iyun tarixində Report-a istinadən məlumat veririk.
Səhər saatlarında 29 yaşlı Pərviz Kazımovun üç nəfərə xəsarət yetirməsi barədə xəbər paylaşmışdıq. Yaralılardan 31 yaşlı Eltəkin Zeynalov və 27 yaşlı Muraz Namazov Bakıdakı xəstəxanalardan birinə aparılıblar.
Xatırladaq ki, Pərviz Kazımov Muraz Namazovla söyüşə görə mübahisə edib. Bu vaxt birinci içərisində benzin olan plastik qabı yandıraraq qarşı tərəfin üstünə atıb. Nəticədə üç nəfər xəsarət alıb.