Gəncədə yüksək vəzifədə çalışan şəxs dünyasını dəyişib.
Qafqazinfo-nun verdiyi məlumata əsasən, Azərbaycan Sahibkarlar Konfederasiyasının Gəncə bölməsinin rəhbəri Afina Babayeva qəfil vəfat edib. Onun Bakı şəhərində dünyasını dəyişdiyi bildirilir.
Mərhum Gəncədə dəfn ediləcək.
Qeyd edək ki, Afina Babayeva uzun illər bank sektorunda çalışıb. O, müxtəlif bankların regional nümayəndəliyinin rəhbəri olub.