Moskva-Gəncə reyslərinin sayı artırılıb. Bu haqda 3 iyul tarixində Report-a istinadən məlumat veririk.
Bu gündən - 3 iyuldan Rusiyanın “Utair” aviaşirkəti Moskvadan Gəncəyə uçuşları gündəlik edib. “Utair”in prezidenti Oleq Semenovun sözlərinə görə, aviaşirkət beynəlxalq uçuş proqramını genişləndirməyə davam edir.
“Bu gündən Moskvadan Azərbaycanın 2-ci ən çox məskunlaşmış şəhəri olan Gəncəyə gündəlik reyslər həyata keçirməyə başlayırıq”, - deyə o bildirib.