Gəncədə daha bir konsert baş tutacaq. Bu haqda Gencexeber.az-a 7 sentyabr tarixində məlumat daxil olub.
“Ustadın yolu ilə” adlı konsert proqramı 10 sentyabr saat 18:00-da F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında keçiriləcək. Tədbir Xalq artisti professor Mobil Əhmədovun xatirəsinə həsr olunur. Burada Xalq artisti Fidan Hacıyeva, Əməkdar artistlər: Ramil Qasımov, İnarə Babayeva, Nərgiz Əliyeva, solist Rəşad Rasimoğlu çıxış edəcəklər.
Konsertə hər kəs qatıla bilər. İştirak ödənişsizdir.